Salam, sizin Nizami filialınız çox bərbaddır. Servis 0. Şikayət bölmənizdə yoxdur, niyese. Dunən iftar seti zakaz eledik, ilk növbədə şəkildə xurma qeyd edilsə də, xurma yox idi, suyu bir neçə dəfə istədikdən sonra gətirdilər ki, iftarımızı açaq. İkinci yeməklərdən sonra cay sifariş verdik, deyildi ki, çay ancaq desertnen verilir. 39 man.menyu da hələ çayı da şirniyyayla soxuşdurursuz. Üçüncüsü lenet şeytana deyib, brauni zakaz verdik, brauni adinda qara keks getirdiler, ozü də daş kimi, admimistratoru çağırdıqda, bizə brauninin qizdiraq getirek təkif etdi, bilmedik qurumuş şeyin neyini biraz da qurudacaqdılar?Helə buna göre üzr yerine arsız arsız 6 manatda götursuz. Ve sonra cay geldikdə soyuq idi, əlavə olaraq da qalan pizzanı paket dedik elesinler, yaxşı deyib, paket bizə təhvil verilmədi. Sizdən o qədər “razı” qaldıq ki, paket baresində soruşmaq da yaddan çıxdı. P.S-istesez sizə “gözəl” və “daş” olan brauninin videosun ata bilərik. Lazim gelərsə, sosial şəbəkələrdə də bu video paylaşılacaq.
Papa John's haqqında daha çox rəy oxu