Bələdçi.az

McDonald's haqqında rəy

9 gün əvvəl

S
Sevda yazır:
★
★
★
★
★

McDonald's niyə başqa ölkələrdəki kimi deyil? Standartlar ölkəyə görə dəyişir? Gündən-günə qiymət qalxır, xidmət zəifləyir. Niyə souslar pulla verilir? Niyə hər dəfə qiymət qalxır? Niyə nəm salfet vermirlər? Hər dəfə istəyəndə “yoxdur, bitib” deyilir, zorla 1 dənə verirlər. İçdiyimiz suların qapaqları qoyulmur, içmək üçün pipet verilmir, uşaq üstünə dağıdır. Bu nəyin ekonomiyasıdır? Və niyə başqa ölkələrdə belə deyil? Ən son bu gün, 16.04.2025, McDonald's-da uşaqlara yemək almışam – podnosun içində kağız yox idi. Taxta materialdan olan podnoslar hər istifadədən sonra yuyulurmuş (nə qədər yuyulsa da, gigiyenik deyil). Yeməyi hər gün onlarla insan o podnosda yeyir, kartof azından birbaşa ora tökülür. Uşağa demək olmur “tökmə” – McDonald's ekonomi edir. Bu, anti-sanitariyadır. “Şirkətin qərarıdır” nə deməkdir? Şirkət necə, nəyə əsasən belə qərar verir? Bu, natəmizlikdir. İnsanlar susur, əksəriyyət bəlkə də əhəmiyyət vermir, amma bu düzgün deyil. Podnosu qaldırırsan, yağdan parıldayır. Necə yumaq olar taxta podnosdan yağı? Bəlkə biri öskürüb, asqırıb – bu özbaşınalığa niyə son qoyulmur?

McDonald's haqqında daha çox rəy oxu