Bələdçi.az

Kapital Bank haqqında rəy

2 il əvvəl

A
Asif yazır:
★
★
★
★
★
Qiymət: Aşağı

Şikayətim Kapital Bankdandır. May ayının 7-də Birbank vasitəsilə kartımdan Western Unionla vəsait köçürdüm. Vəsait kartdan çıxdı amma sistemdə xəta baş verdi və 10 rəqəmli MTCN kodunu sistem vermədi. Vəsaitin kartdan çıxdığına dair sistemdə qəbz var. Problemlə bağlı, 2 dəfə banka müraciət etmişəm. Hər dəfə 10 iş günü ərzində həll olunacağı deyilib amma nəticə yoxdur. Müştəri xidmətlərinə zəng edəndə, hər dəfə də əhvalatı başdan danışıram. Hər dəfə də mənə hələ 10 iş günün bitmədiyini və məsələnin mütləq həll ediləcəyini sübut etməyə çalışırlar. Bugün, ikinci 10 günlük araşdırma müddəti bitdi amma yenə də bildirdilər ki, araşdırma hələ davam edir. Qısacası özünü ölkənin ən öndə gedən banklarından sayan Kapitalbank, o boyda funksional app yaradıb amma 1 aydır ən adi bir texniki səhvi həll edə bilmirlər

Kapital Bank haqqında daha çox rəy oxu