Bələdçi.az

İrşad haqqında rəy

1 il əvvəl

V
Vüsal yazır: Təsdiqlənmiş rəy Təsdiqlənmiş rəy

Bu gün İrşad Electronics mağazasının, Quba filialına təraş cihazı əldə etmək üçün yaxınlaşdım. Məhsulu, kredit ilə əldə etmək niyyətində idim. Çünki şirkətin mütəmadi müştərisiyəm və hər kredit ödənişimdə mənə, kredit limiti ilə bağlı məlumat göndərilir. Bu gün mağazaya yaxınlaşdığımda, limitimi yoxladım və 3178 manat olmasına və adımda sadəcə bir dəfə olsun kredit gecikdirməsi olmamasına rəgmən, qardaşımın kredit gecikdirməsi olduğu üçün, saatlarla əyləşdiyim kreditləşmə şöbəsinin masa arxasındaki oturacağından, durmalı oldum. Nəticə etibariylə, məhsulun kreditləşməsi mümkün olmadı. Buradan məhz həmin əməkdaşlara səslənirəm, hal belə ikən, məni, niyə 75 dəqiqə gözlədirsiniz? Üstəlik, kreditin sanki müsbət formalaşacağı haqda təəssürat yaratdığınızdan sonra?

★
★
★
★
★
Qiymət: Aşağı

Paylaş: