Bələdçi.az

İrşad haqqında rəy

1 il əvvəl

R
Rəşad yazır: Təsdiqlənmiş rəy Təsdiqlənmiş rəy

İrşaddan kreditlə telefon götürmüşdüm, bir müddət gecikmə oldu, zəng etdilər ki, 90 manat cərimə yığılıb. Dedim ki, bu gün ödəyəcəm, həm krediti, həm də cəriməni. Üstündən təxminən 1 saat keçdi, zəng edib dedilər ki, sizin ümumi ödəyəcəyiniz məbləğ 390 manatdır. 300 manat indi ödəniş edin, 90 manat cəriməni də bağlayaq, kreditiniz qurtarsın. Mən də ödədim, üstündən bir neçə ay keçdi, zəng etdilər sizin 255 manat borcunuz var. Mən də dedim heçnə ödəməyəcəm. Şikayət etdim, dedilər araşdırarıq. O gün, bu gün hələ də araşdırılır, məbləğ də günü gündən qalxır. Heç bir cavab da yoxdur. İndi buna nə ad verək?!

★
★
★
★
★
Qiymət: Aşağı

Paylaş: