Mən Bravo marketlər şəbəkəsinin Zabitlər parkı filialından şikayətçiyəm. Əslində başqa filialı olsun, fərqi yoxdur, onsuz da eyni şeydir; sadəcə Zabitlər parkı filialına müntəzəm olaraq getdiyim üçün o filial haqqında daha geniş şikayətimi bildirmək istəyirəm. İlk olaraq hansı mənfiddən başlayım, heç bilmirəm, o qədər çoxdu ki... Bütün marketlərin ən böyük problemi olan kassadan başlayım. Deməli, fərqi yoxdur, nə vaxt getsən get, növbədə 100 nəfər olsa belə 1 kassa işləyir. Gərək dava edəsən ki, bir kassa daha açsınlar. Hətta səni də borclu çıxarırlar. Meyvə-tərəvəz bölməsində ömrü boyu daimi orada duran əməkdaş görməmişəm. Hər dəfə gedib marketdə işçi axtarıram ki, gəlib götürdüyüm tərəvəzləri çəksin. Hələ çağırırsan, deyirlər "gələcəm" ya da "adam çağırmışam". Marketdə neçə işçi var, hamısı ancaq ora qaçır, bura qaçır. Guya bunlar o qədər "delovoy" idilər ki, bir dənə gəlib tərəvəzi çəkə bilmirlər. Və bu tək meyvə-tərəvəz bölməsinə aid deyil, qastronomda da, şirniyyat bölməsində də aiddir. Çağırırsan gələndə naz edirlər. Hələ məhsulların içərisini dəyişdiriblər. Yeni çıxan Bravo məhsulu olan Papi Soft salfetləri ilk çıxanda çox gözəl salfet idi, yumşağdı. Onu mən yumşaq olduğuna görə alırdım. İndi isə içərisini dəyişdiriblər, bərkdir və adi başqa salfetlərlə eynidir. Sonra qiymətlərə diqqət etmirlər. Endirimdə qoyublar, kassada gəlirsən ki, başqa qiymət çıxır. Deyirlər ki, endirim bitib. Bunu bir dəyişdirmək olar da, nəzarət etmək lazımdı. Çox məhsuldarsız yanaşırlar hər şeyə. Hər gün yeni işçi gəlir və heç biri normal işləmır. Hər hansısa məhsulun yerini soruşursan, ancaq səni başından edir. Bir sözlə, işçilər işləmək əvəzinə ancaq boş-boşuna ora-bura qaçır, əllərindən gələn heç bir şey də yoxdu. Zəhmət olmasa, bu halları nəzərə alaraq işçilərinizə ciddi şəkildə nəzarət edin. Hətta yoxlama göndərsəniz çox yaxşı olar. Amma yoxlama göndərəndə əvvəlcədən gələcəyini deməyin, yoxsa tez-tələsik hər şeyi düzəldirlər yoxlama gələnə kimi (keçən dəfə etdikləri kimi). P.S. Ulduzu qeydiyyat tamamlansın deyə seçirəm, yoxsa ulduza deyə biləcək bir market deyil!
Bravo haqqında daha çox rəy oxu