Əvvəllər Bravo yaxşı market idi, amma 2020-ci ildən sonra bu şirkət dəhşətli oldu. Orada işçilər çatışmır və bütün Bravo-larda işçiləri azaldırlar və yeni işçiləri götürmürlər. Daim kimisə gözləyirsən və satıcı axtarırsan. Endirimlərin təxminən 50%-i kassadan keçmir. Araz, aPlus, Rahat, BazarStore hamısı yaxşı işləyir. Niyə digər mağazalarda belə bir şey yoxdur? Hətta Oba və ALmarket belə bir şeyə yol vermir və bu mağazalarda personal Bravodan fərqli olaraq yaxşıdır. Bu qəbuledilməzdir, işçilərin özləri şirkətdən narazıdırlar, az maaş və pis şərait, Bravo hətta öz işçilərini forma ilə təmin edə bilmir! Bu utanc və ayıbdır..
Bravo haqqında daha çox rəy oxu