Salam. Mən sizin daimi müştərinizəm. Amma çox çox peşman olmuşam ki. sizin şirkətdən istifadə edirəm. Çox yarıtmaz fəaliyyət göstərirlər sizin sürücüləriniz. Sifarişi qəbul edib təyinat nöqtəsinə bir dəqiqə, iki dəqiqə, doqquz dəqiqə qalmış gedişi ləğv edirlər. Ləğv edəndirlərsə elə ilik sifarişdən ləşv etsinlər. Daha təyinat nöqtəsinə yaxın niyə ləğv edirlər. Çox narazıyam boltun fəaliyyətindən. Bu saat 9-dan boltla sifarişə başlamışam, saat 12-yə 20 dəqiqə işləyir mən hələ də taksi tapa bilmirəm. Sizin yarıtmaz sürücülərinizin ucbatından mən hələ də işə gedə bilmirəm. Gecikmə bir tərəfdən, əsəb də bir tərəfdən. Kim buna cavab verəcək. Siz yaxşı nəzarət etmirsiniz sürücülərə. 99 KR 060 Rişad, 77 NP 695 Mustafa, və başqaları da onlar kimi bir dəqiqə, doqquz dəqiqə qalmış otkaz gedirlər. Xahiş edirəm sürücülər haqqında tədbirlər görəsiniz. Əks təqdirdə boltun fəaliyyətindən növbəti narazı müştərilərdən olacam. Mənim bu gün sifariş verdiyim taksilərin hamısının siyahısı sizdə var. Sistemdə özünüz də görə bilirsiniz. 12 may 2025-ci il tarixində çəkdiyim əsəb və gərginliyimin mənəvi cavabı sizin yarıtmaz sürücülər haqqında lazımı tədbirlər görməyinizlə bağlana bilər.
Bolt haqqında daha çox rəy oxu