17.12.2024 tarixində, saat 13:27-13:35 radələrində Bolt proqramı vasitəsilə seçim zamanı, 75-BL-859 nömrə nişanlı, Samand SE avtomobilin sahibi olan, Tural adlı sürücü ilə hərəkət zamanı mən sərnişin olaraq müəyyən xoşagəlməz hallar yaşadım. Belə ki, sifariş etdiyim ünvanda sabit dayandığım halda, ünvana gələrkən gecikdi lakin buna baxmayaraq mən sifarişi ləğv etmədim. Hərəkət zamanı isə, mən olduğum ünvanla xəritə arasında uyğunsuzluq olduğunu vurğuladı, mən isə bunun texniki nasazlıqlarla əlaqədar olduğunu və yaxın gələcəkdə bu nasazlığın həll olunacağına ümid etdiyimi bildirdim. Ünvana yaxınlaşarkən, proqramda gediş haqqı 1.70₼ göstərilməsinə baxmayaraq, mən sürücüyə güzəşt etməsini, üzərimdə olan xırda nağd pulun 1.60₼ olduğunu bildirdim, sürücü isə mənə gediş haqqının 2₼ etdiyini və 2₼ ödəməli olduğumu bildirdi. Mənə maraqlıdır ki, Tural adlı sürücü əgər gediş haqqı məbləğini özü müəyyən edirsə, nəyə görə Bolt proqramı vasitəsilə sürücülük fəaliyyəti göstərir. Mən sürücüyə bunun doğru olmağını bildirsəmdə, əsassız əsaslar gətirməyə çalışdı. Belə ki, gah məni mənim sifarişim zamanı ünvanla xəritə arasında uyğunsuzluqla təqsirləndirdi. Gah da, mənim telefonda istifadə etdiyim Bolt proqramını vaxtı-vaxtında yeniləməməklə təqsirli hesab etdi. Mövzunu ictimaiyyətə çatdırmaqda məqsədim, özümü haqlı, sürücünü haqsızlıqda ittiham etmək deyil, sadəcə olaraq daha sadə yollarla, 0.30₼ artıq qazanc əldə etməyin mümkünlüyünə inanıram deyə, bu haqda məlumatı paylaşmaq istədim.
Bolt haqqında daha çox rəy oxu