Salam, mən bu gün Zabrat 2 stansiyasından evə taksi sifariş etdim, kartla, lakin internetdə guya taksi məni Zabrat 2 stansiyasından götürüb Maştağa Daş Karxana ünvanına çatdırdı. Halbuki mən taksini görmədim və nəticədə 2 körpə uşaqla orada qaldım. Mənim kartdan pulum silindi, təkrar taksi sifariş edə bilmədim. Taksi sürücüsü ilə əlaqə saxladım, o isə Bolta girə bilmədiyini dedi. Bu nə cür sürücüdür? Mən Bolt xidmətindən istifadə edirəm, bu isə girə bilmir və guya məni ünvana çatdırır. Pulun geri qaytarılması və belə sürücülər barədə tədbir görülməlidir. 2 körpə, temperaturu olan uşaqla yolda qalmağım və kartımdakı son pulun silinməsi sizin haqqınızda mənfi fikir formalaşdırdı.
Bolt haqqında daha çox rəy oxu