Baku Electronics Nərimanov texniki servis şöbəsi saxtakardır. Planşeti qaytarmaq istəyirdim, yalandan dedilər cızıq var. Deyirəm 14 gün ərzində mal qaytarıla bilir axı. Deyir maqazinlər özü elə deyir də. Biz alınan mali 15% tutulma ilə qaytarırıq. Necə pis insanlar idi. Orda oturan uzunsaç arıq xanım gözümün içinə baxa-baxa yalandan dedi ki, ekranda cızıq var. Əlimlə silirəm gedir. Özü də deyir ki, aa bu cızıq hərəkət edir. Savadsızlığın dərəcəsinə baxın. Neyse haqqımı halal etmirəm o xanıma. Baku Elektronicsi bəyənirəm, həmişə də mal alıram. Amma inşallah elə savadsız işçilərini tezliklə işdən azad edərlər.
Baku Electronics haqqında daha çox rəy oxu