App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
AZZA
AZZA

AZZA haqqında şikayətlər və rəylər

Kafe Kafe
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

AZZA Azərbaycanda kafe və qida xidmətləri təqdim edir. Siz bu səhifədə AZZA haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin AZZA barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
3%
4 ★
0%
3 ★
5%
2 ★
8%
1 ★
81%
  • Z
    Zulfiyya 24 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Patamdartdakı Azza filialında sanitariya normalarının pozulduğu barədə məlumat vermək istəyirəm. Bu gün şahid oldum ki, çörək məhsulları ilə işləyən əməkdaş steril əlcəkdə olan əllə saçını düzəltdikdən sonra satılacaq çörəyə toxunmaq istəyirdi. Mən alqı-satqıdan imtina etdikdə o, məhsulu rəfə qaytardı. Xahiş edirəm tədbir görəsiniz, çünki qida məhsulları ilə işləyərkən gigiyenaya riayət edilməsi alıcıların təhlükəsizliyi üçün çox vacibdir.

  • V
    Vəfa 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Azza şirkətinə dırnaq arası "Napalyon" tortunu bəyənmədiyimi söylədim, geri qaytardım, tortun nəinki pulunu, hətta özünü mənə geri qaytarmadılar. Bildirdim, şikayət edəcəyəm və mən düz olduğum üçün tortu da yəqin özləri yedilər. Azzada ofisdə çalışanlar müştəri ilə rəftar etməyi bacarmırlar, kobud cavab verirlər. Mənə çox maraqlıdır, bu qədər şikayətlərin, zəhərlənmələrin qarşısında niyə Azza bağlanmır? Görəsən, İqtisadiyyat Nazirliyi hara baxır? Ümid edirəm ki, mənə tezliklə cavab verəcəklər.

  • V
    Vəfa 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    04.03.2026 ildə Bakıxanov küç. Aldığım Napalyon tortu həm köhnə, həm də Napalyon adıyla içi 4 korjdan ibarət idi. Yalançı tort. Tortu qaytardım, amma pulu geri vermədilər. 05.03 mэənə zəng edib, mənimlə kobud danışdı; xanım mənə 'get, hara istəyirsən şikayət et' dedi və nömrəmi blok etdi. Bilmək olar, kimə güvənirsiniz? Mən pulumu geri istəyirəm.

  • N
    Nərmin 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    A. A. Bakıxanov, Nəsimi r. filialı - xidmət, müştəri ilə olan münasibət bərbaddır. Vaxtı keçmiş məhsulları, vaxtı keçməyə saatlar qalmış məhsulları satırlar, həmçinin etiraz bildirdikdə məhsulların qaytarılma və dəyişdirilməsinin mümkün olmadığını bildirirlər.

  • N
    ★
    ★
    ★
    ★
    ★

    Neftçilər filialında işləyən satıcı və özünə menecer deyən çox bərbad və səviyyəsizdilər. Danışığını bilməyənlər!

  • SM
    Shahan M. 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Azza Xəzər rayonunda müştəri ilə kobud danışılır, məhsullar göstərilmir.

  • GA
    Günel A. 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Xəqani küç yerləşən Azza filialına tez-tez gedirəm. Satıcı xanım çox köbud rəftar edir. Rəfiqəmlə trüfel şokoladı almaq istədik, vitrində yox idi, satıcı isə bizə dedi ki, “Əgər heç nə almırsınızsa niyə gəlmisiniz!”

  • A
    Ağgül 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün Azzadan tiramisu tortu aldım. Qiyməti 9.50-dir. Məndən isə mars tortunun qiyməti yəni 12.50 çıxılıb. Ümid edirəm ki, bu kiçik bir kassir səhvi idi. Çünki belə hallar yol verilməzdir. İşini bacarmırsansa görmə. Sənə görə artıq pul ödəməli deyiləm.

  • S
    Sevinc 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu AZZA artıq ağlını çıxardıb, özdə dəhşət. Həmişə burdan alış-veriş edirik. Öz daimi müştərisini itirdi AZZA. Tort istədim, tortu səhv veriblər, yolda gördüm səhv veriblər, gətirdim istədiyim tortla dəyişməyə. Heç tortun soyuqluğu üstündən keçməyib. Dedilər qaynar xəttdə yıq yığdım. 40 dəqiqədir gözləyirik, hələ də cavab vermirlər. Hələ də cavab verməyiblər. Bu nə məsuliyyətsizlikdir.

  • M
    Murad 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Azza məhsullarını həmişə sevərək alırıq. 15 iyun tarixində Masazır dairəsinə yaxın filialda 12,5 AZN napoleon tortu aldım. Heç vaxt şübhə eləmirdim, məhsulunuz köhnə ola. Amma bu dəfə sual verdim, dedilər təzədir. 1-ci dəfədir napoleon tortunu belə dadsız, xırçıltısız yeyirəm. Bəlkə də o məhsulun bu gün son günü idi. Tərkibi xəmiriə keçmiş, islaq hal almışdı.

Bələdçi.az saytının AZZA şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

AZZA Baku reyler, azza baki haqqinda reyler, AZZA shikayet, azza reyler, AZZA kampaniyalar, AZZA sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Restoran və coffeeshopunuz üçün pulsuz loyallıq proqramı

Bələdçi Card ilə müştərilərinizi geri qaytarın, satışları artırın. Restoran və coffeeshoplar üçün tamamilə pulsuz rəqəmsal loyallıq proqramı. 1 günə qoşulun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
AZZA barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq