Salam, əziz AZZA komandası! Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Bakıda yaşamadığım vaxtlarda hər gəlişimdə sizin şirniyyatlarınızdan yeyirdim. Geri qayıdanda isə milli şirniyyatlarınızdan hədiyyə alıb aparırdım. İndi də hər dəfə yeni bir məhsulunuzu dadıram. Həm kreminizin, həm də biskvitinizin özünəməxsus dadı var. Dadların tarazlığını elə gözəl tutmusunuz ki, hər dəfə bunu hiss edirəm. Mənim üçün AZZA-nın yeri başqadır. Son vaxtlar ən çox sevdiyim məhsul qaragilə ruletinizdir. Evdə bitən kimi yenisini alıram. Dünən isə yeni Snickers ruletinizi dadım. O da möhtəşəm idi! Bu dadların arxasında duran bütün komandanı alqışlayıram. Yaxşı ki Azərbaycanda belə bir brend yaratmısınız. Məncə, bir şirniyyat evi üçün bu qədər insanın damaq zövqünü oxşamaq böyük uğurdur. Ölkəmizə belə gözəl dadlar qazandırdığınız üçün çox sağ olun. Arzu edirəm ki, uzun illər elə belə də davam edəsiniz!
AZZA haqqında daha çox rəy oxu