Aztelekom haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
-
İnternetin sürəti çox zəifdir, həddən artıq. Zəng edib 2 dəfə müraciət etmişəm, amma baxan yoxdur.
-
Salam. Şəki şəhərində N.Nərimanov küçəsində internet çox zəifdir, hal-hazırda demək olar ki, heç yoxdur. Dəfələrlə deyilsə də, əməl edən yoxdur. Bunun pulunu qaldırıb 21 manatdan 27 manat etdiniz, heç olmasa internet verin də biz də istifadə edək, yeni boş yerə pul verməyək.
-
May ayında çəkilmiş interneti, evdə təmir olduğu üçün istifadə etmədiyimdən bağlatdırmaq istədim. Məndən 110 AZN tələb etdilər, ya da ödənilmədiyi halda 140 AZN cərimələnəcəyim bildirildi. Səbəb? Mən 18 AZN-ə qol çəkmişəm, 25 AZN-ə yox. Əgər məsələ modemlə bağlıdırsa, modemi götürsünlər, mənə lazım deyil.
-
Çox pis xidmətləri var. İnternetin sürəti çox aşağıdır. Dəfələrlə zəng vurub demişəm, amma heç kim baxmır.
-
İnternetin qiymətini qaldırıb, amma sürət artmayıb. Yalan vədlərlə bizi aldadırsınız. Mən şəxsən xidmətinizdən narazıyam və Aztelecom-u başqa şirkətlə əvəz edəcəyəm. Siz bizi məyus etdiniz.
-
Salam, mənim internetim işləmir, xahiş edirəm, baxasınız.
-
Müqavilə imzalanmışdı ki, internet üçün 18 manat ödəniləcək, lakin məbləğ 25 manata qalxdı. Ən azından müqavilədə 1 illik müddət qeyd olunmuşdu. Bu qədər qiymət artımı heç də düzgün deyil.
-
Salam sizin İnternet xidmətimizdən narazıyam 25 manat ödəniş eləmişəm amma 15/20 mb sürət gəlir bir saatan artı qaynar xətinizə zəng vururam cavab verən yoxdu
-
Salam internet niye sürəti qalxmayıb evelll 18 manat idise 25 cixilib niye sürət duzelmeyib
Bələdçi.az saytının Aztelekom şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Aztelekom Baku reyler, aztelekom baki haqqinda reyler, Aztelekom shikayet, aztelekom reyler, Aztelekom kampaniyalar, Aztelekom sikayet, unvan
Bakıda
