Azeronline haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Salam, mən internetə pul vurmuşam, balansda olduğu görünür, amma internet açılmayıb.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Belə hallarda abunə kodunuzu da qeyd edin zəhmət olmasa.
-
-
Salam, dünən internetə pul yükləmişəm və günlük haqqıda çıxılıb. Niyə və hansı səbəbə görə internet indi işləmir? Zəng vururam, düşmək olmur, ya da deyir növbədəsiz, bir məlumat versəniz yaxşı olardı.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Çətinlik təkrar olarsa qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz :8220
-
-
Ağcabədi Şahsevən kəndi, Azeronlayn super istəyir, sürət superdir, mənə mesaj gəlməyib hələ, internet qalxıb qiyməti?
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Azeronlayn sizdə 1 həftədir demək olar ki, internet işləmir. Siz interneti bizə pulsuz verirsiniz? Yox təbii ki. Biz bunun qarşılığını veririk. Amma göstərdiyiniz xidmət göz önündədir. Bir də ödəniş etdikcə hər ay bir gün geri gedir. Keçən ay 7 ödəmişiksə, bu ay 6-ı olur ödəniş vaxtı sonra 5, belə-belə düşür.
-
Azeronline cavablayır: 1 il əvvəl
Hörmətli müştəri. Azeronline provayderində ödəniş günləri stabil olmadığı üçün internetdən istifadə ödəniş olunan andan etibarən hesablanır və istifadə 30 gün üçün nəzərdə tutulub. Bəzi aylar 31 gündən ibarət olduğu zaman ödəniş günü 1 gün geriyə çəkilir.
-
-
Yalandan 25 AZN elədilər, internet çox zəif işləyir.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Sürəti ölçüb bizə geri dönüş edin zəhmət olmasa.Sürəti ölçmək üçün speedtest.net
-
-
İnternet işləmir, ümumiyyətlə heç işləmir.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Azeronline şirkəti işləmir. İnternet yox səviyyəsindədir. Müqavilə şərtlərinə əməl etmirlər. Özbaşınalıq edirlər. Vaxtından əvvəl interneti kəsirlər.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Kəsinti davam edir?
-
-
Salam, 1 həftədir mənim internetim açılmır, 4-5 dəfədir 8220 yığıram günü gündən məni aldadır. 25 AZN ödəniş edilib, hətta açılmayıb, blokdur, belə iş olar, neçə gündür girinc qoyub bizi.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Hal -hazırda ödəniş etsəniz internetiniz açılacaq.
-
-
Internetin aylıq ödənişini 1 ay ödəmək cəriməsi varmı?
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Xeyr borc yazılmır. 3 ay ödəniş etmədikdə xətt bağlanır.
-
Bələdçi.az saytının Azeronline şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Azeronline Baku reyler, azeronline baki haqqinda reyler, Azeronline shikayet, azeronline reyler, Azeronline kampaniyalar, Azeronline sikayet, unvan
Bakıda

Azeronline cavablayır: 1 il əvvəl
Salam. Çətinlik davam edir?