Azeronline haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Salam, göstərdiyiniz xidmət heç də ürək açan deyil. İnsanları yola verməkdən başqa bir iş görmürsünüz, 4 gündür işlək modemi dəyişiblər, amma hələ də internet yoxdur. Bu gün ki gün zəng vururq, qeydə aldıq deyib yola verirsiniz.
-
Azeronline cavablayır: 10 ay əvvəl
Salam. İnternetiniz düzəlib? Əgər çətinlik davam edirsə, qaynar xəttimizlə əlaqə saxlamağınız xahiş olunur.Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
-
-
Salam, wifi işləmir, qırmızı işığ yanır, sönür. Bəlkə 50 dəfə 8220-yə zəng elədim, amma heç kim gəlmir, düzəltmir. Wifi düzəlməsə müəyən qurumlara müraciət edəcəm.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. İnternetiniz düzəlib?
-
-
Salam, şikayətim internet sürətindəndir, təxminən 20.7.2025 bu günə qədər internetin sürəti aşağı salınıb, 50-60 m/b, müqavilədəsə 100 m/b 25 AZN. Xaiş edirəm, şikayətə baxasınız. Aqsəbədi r. Hacılar k.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Abunə kodunuzu qeyd etməyiniz xahiş olunur.
-
-
İnternetin qiyməti 25 manatdır, gücüm çatmır, ödənişi azlatmaq olar?
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Veteran, qazi və şəhid ailələri üçün xüsusi güzəştimiz mövcuddur.
-
-
Salam, şikayətçiyəm, internet işləmir, heç kim baxmır, dəfələrlə demişəm, baxmır. 05********. Gəıin götürün modemi, imtina edirəm mən.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam hörmətli abonent.Müqavilə şərtlərinə əsasən imtina etmək üçün istəyinizi 1 ay əvvəlcədən yazılı və rəsmi şəkildə poçtla Azeronline,Tbilisi pr. 187, AZ1004 ünvanına göndərməlisiniz.
-
-
Modemimdə qırmızı rəngli işıq yanır, sönür.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Bu kimi hallarda qaynar xəttimizlə əlaqə saxlamağınızı xahiş edirik : 8220
-
-
Salam. 15.07.2025 tarixindən internetimiz kəsilib. Əlaqə saxlanılıb, dedilər ümumi problem var. İnternet düzəlməmiş, sorğumu araşdırmadan ləğv ediblər. Artıq 3-cü dəfə müraciət etdim. Ümumilikdə operatorun qəbuluna düşmək üçün ümumilikdə 14 AZN 25 qəpik danışmağa vəsait sərf etmişəm. Artıq 36 saatdır ki, internetimiz də yoxdur. Nə vaxt bərpa ediləcəyi də məlum deyil. Özləri amma internetin abunə haqqını 1 saat ləğv edən güzəştə gedəsi deyil.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Connector dəyişilib. Çətinlik davam edir?
-
-
3 gün Zabrat qəsəbəsində internet yoxdur. Nə vaxt olacaq, heç kim bilmir. Azeronline şirkəti sıfr səviyyəsində xidmət göstərir.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Belə fikirdə olduğunuz üçün təəssüf edirik. Zəhmət olmasa bu kimi hallar yaşandıqda qaynar xəttimizlə əlaqə saxlayın. 8220
-
-
Qırmızı işıq yanır vayfay da. İnternet sürəti var, internet siqnalı əladır, ancaq qoşulma yoxdur. Zəng eləmişəm, deyirlər kabeldə problem var. Kabeldə problem olsa, sürət və siqnal heç olmaz. Çox xahiş edirəm, operatorlara deyin qoşsunlar.
-
Azeronline cavablayır: 1 il əvvəl
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
Bələdçi.az saytının Azeronline şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Azeronline Baku reyler, azeronline baki haqqinda reyler, Azeronline shikayet, azeronline reyler, Azeronline kampaniyalar, Azeronline sikayet, unvan
Bakıda

Azeronline cavablayır: 10 ay əvvəl
Salam. Hörmətli müştəri, bu kimi hallarda qaynar xəttimizlə əlaqə saxlamağınız xahiş olunur : Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20