Ağ Çiçəyim Xırdalan filialında müştəriyə qarşı münasibət məni çox məyus etdi. Əvvəlcədən yazıb qladiolus güllərinin qiymətini razılaşdırdım, üç gün sonra sifarişi rəsmiləşdirmək üçün filiala yaxınlaşdım. Əməkdaşların aqressiv və həvəssiz davranışı bir yana, hələ mağazadan çıxmamış haqqımda danışmağa başladılar. Beş dəqiqə sonra isə güllərin olmadığını bildirdilər. Dörd gün əvvəlcədən və az məbləğdə olmayan sifariş vermək istəyən müştəriyə bu münasibət qəbuledilməzdir. Təəssüf ki, əməkdaşların davranışı mağaza haqqında çox mənfi təəssürat yaratdı.
Ağ Çiçəyim haqqında daha çox rəy oxu