22.12.2024 tarixində saat 23:54-də Çobanzadə küçəsində yerləşən Ağ Saray şadlıq sarayından Süleyman Vəzirov 22 ünvanına ayıq sürücü sifariş etdim. Bir neçə dəfə müxtəlif sms-lərlə müxtəlif adlarda "sürücü təyin edilməsi"nə baxmayaraq, heç bir sürücü yaxınlaşmadı. Sms-də sürücü ilə əlaqə yalnız web-link vasitəsilə göstərilsə də linklər etibarsız idi. Operatorlarla 4 dəfə əlaqə saxlamağıma baxmayaraq, heç bir köməklik göstərilmədi. Axırıncı 1 saat gözləmədən sonra olan zəngdə isə operator məni fakt qarşısında qoyaraq sürücünün 15 dəq gələ biləcəyini və ya sifarişi ləğv etməli olduğumu söylədi. Növbəti sürücü qeyd edilən ünvana sifarişdən 75 dəq sonra yaxınlaşmasına baxmayaraq, şirkət tərəfindən heç bir tədbir görülmədi. Baş vermiş hadisəni şirkət tərəfindən dələduzluq kimi qiymətləndirirəm.
189 Taxi haqqında daha çox rəy oxu