App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

166 Karqo haqqında rəy

3 saat əvvəl

E
Eldar yazır:
★
★
★
★
★

Amazon-dan 279.98 ABŞ dolları dəyərində məhsul sifariş etmişdim. Amazon-un izləmə məlumatlarına görə bağlama 10 iyun tarixində saat 04:57-də 166 Cargo-nun ABŞ-dakı anbar ünvanına təhvil verilib. Hətta Amazon tərəfindən təqdim edilmiş "Delivery Photo" da mövcuddur və bağlamanın anbarın "mail room" hissəsinə qoyulduğu görünür. Bağlamam sistemdə görünmədiyi üçün 166 Cargo-ya müraciət etdim. İlk cavabda mənə bağlamanın təhvil alındığı və sistemdə olduğu bildirildi. Daha sonra zəng etdikdə isə bunun səhv olduğunu, bağlamanın başqa məhsulla qarışdırıldığını və əslində təhvil alınmadığını dedilər. O vaxtdan bəri artıq iki həftədən çoxdur ki, eyni vəziyyət davam edir. Hər dəfə zəng etdikdə "araşdırılır", "bu gün sizə məlumat veriləcək", "kamera görüntülərinə baxılır", "geri dönüş olunacaq" kimi cavablar alıram. Ancaq nə geri dönüş edən var, nə də konkret nəticə təqdim olunur. Ən qəribə məqam isə odur ki, əvvəlcə bağlamanın anbara daxil olduğunu təsdiqləyən şirkət sonradan bunun əksini deməyə başladı. Amazon-un təqdim etdiyi təhvil sübutları mövcud olduğu halda bağlamamın harada olduğu barədə heç bir aydın məlumat verilmir. Nəticədə 279.98 ABŞ dolları dəyərində məhsulum ortada yoxdur və məsələ ilə bağlı mənə heç bir həll təqdim edilməyib. Bu təcrübəni paylaşmağımın məqsədi digər müştərilərin də məlumatlı olmasıdır. Mənim yaşadığım hadisədə məsuliyyətli və şəffaf yanaşma görmədim, əksinə davamlı olaraq vaxtın uzadıldığını və məsələnin qeyri-müəyyən saxlanıldığını müşahidə etdim.

166 Karqo haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Restoran və coffeeshopunuz üçün pulsuz loyallıq proqramı

Bələdçi Card ilə müştərilərinizi geri qaytarın, satışları artırın. Restoran və coffeeshoplar üçün tamamilə pulsuz rəqəmsal loyallıq proqramı. 1 günə qoşulun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!