
Megalink haqqında şikayətlər və rəylər

Siz bu səhifədə Megalink haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Megalink barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (91)
-
Texiniki xidmət, personal mənfidən də aşağıdı, bir adam tapmırsan ki sözüvü deyesen və ya texniki dəstək versinlər!
-
"Megalink" şirkəti sözün əsl mənasında qanuni oğrudur. Leqal yolla cibimizə girirlər. Mən belə həyasızcasına xidmət göstərən ikinci bir qurum, şirkət görməmişəm. Günün istənilən saatı şəbəkə zəifləyə və ya təmiz dayana bilir. 2 aydı operatorla danışa bilmirəm. Dərdimizi kimə deyək?!
-
Biz Abşeron rayonu Məmmədli dairəsi Göy Qurşağı MTK binasında yaşayan sakinlərin əksəriyyəti bu provayderin xidmətindən yaralanırıq. Amma bir provayder kimi öz abonentlərinin şikayət və təkliflərini nəinki yerinə yetirir, hətta qulaq asmaq belə istəmir. Sürət və keyfiyyət çox aşağı səviyyədədir, pandemiya və postpandemiya dövründə hər bir əməliyyatın onlayn həyata keçirildiyi halda internet şəbəkəsində günlərlə fasilələr olub. Bunu yazmaqda bu provayder rəhbərliyindən öz abonentləri qarşısında məsuliyyətinin artacağına ümid edərək bu çatışmazlıqları qeyd etdim.
Ardını oxu... -
Bu nə məsuliyyətsizlikdi, bu nə saymamazlıqdı 3 gündü Wifi işləmir. Şirkətə zəng edirsən bir ingilisi qoyublar ora biz adamla danışmaq isdiyirik robotla yox. Wifi zəif, xidmət onnanda bətər bərbad bu nə şirkətdi? Ayın 5 olan kimi səhər acılmamış inerneti bağlıyırsız. Bir az məsuliyyətli olun. Şirkəti işlədə bilmirsiz başı cıxan adama verin yada bağlıyın getsin. Biz hara şikayyət edək sizin əlinizdən?
-
Bayram günündə qazandığınız alqışlar size bəsdir. Bu qədər məsuliyyətsizlik səviyyənizi ortaya çıxarır. Siz işləmək istəmirsiniz, əhali şirkətinizi məcbur ayaqda tutur.
-
2 gundu internet yoxdur. Bu birbasa istehlakcilarin huququnu pozmaqdir. 20 azn gune gun odetdirirsiniz, 1 saat gecikende sebekeden ayirirsiz, bes 2 gun internet olmayanda bu gunlerin odenisini niye qaytarmirsiz. Ay cinayat mecellesinin 178-ci maddesinin yiyeleri. 1 deleduzluq edirsiniz, odenis alib lakin xidmeti yerine yetirmirsiniz. 2 Azerbaycan Respublikasinin dovlet dili haqqinda qanunu pozub telefon xettinde sesi qoymusunuz ingilis diline. 7/24 texniki destek yazmisiniz, yalansa sizi hele 7/24
-
Cox pis. Bunun bir yiyesi var goresen
-
MegaLink şirkəti ilə 6 gündür, müqavilə bağlamışam. Son 3 gündür internet yoxdur. Belə səhlənkarlıq olmaz, zəng edirsən, zəng çatmır. Sayta daxil olursan, elə bil "Paint"lə yaradılıb. Heçnə işləmir. Problemlər aradan qaldırılmazsa, şirkətinizi bağlayın, və kompensasiya ödəyin.
-
İnternet neçə gündü yoxdur. Ümumiyyətlə internetin keyfiyyəti çox aşağıdır. Amma ödənişi aylıq alırsınız. Ödəniş olmasa internetdən istifadə etmək hüququ olmadığı kimi işlənməyən günlərin kompensasiyasını tələb edirəm. Texniki problemin həlli üçün sizin operator ilə əlaqə saxlamaq qeyri mümkündür. Xahiş və tələb edirəm xidmət keyfiyyətini qaldırasınız.
-
Bu nə deməkdi axı, dünəndən bugünə kimi internet yoxdur. Buzovnadan neçə nəfər zəng eləmişik, zəngə cavab verən yoxdu. Bayram ola bilər, ama işinizi məsuliyyətlə yerinə yetirib, sonra istirahət etmelisiz.
Bələdçi.az saytının Megalink şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Megalink Baku reyler, megalink haqqinda reyler, Megalink shikayet, megalink reyler, Megalink kampaniyalar, Megalink sikayet, unvan