Bələdçi.az

Kontakt Home haqqında rəy

27 gün əvvəl

S
Sevinc yazır:
★
★
★
★
★

Çox təəssüflər olsun. Kenwood ətçəkən maşını almışam 08.03. Çatdırdılar 14.03. Ayın 18.03 işlətdim, başladı tüstülənməyə. 19.03 problemlə bağlı müraciət etdim. Dedilər servisə təqdim edin. Bildirdim ki, qaytarmaq istəyirəm 14 gün keçməyib. Dedilər ki, servis rəyi olmalıdır. Dedim OK. Hər bir halda qaytaracam. İlk istifadədə tüstülənən texnikanı neynirəm. Bildiriblər ki, içinə mayə keçib və qısa qapanma baş verib və biz məhsulu qaytarmırıq. Birincisi mayə içinə necə keçə bilər? Ətin suyu sızıb? Adı üstündə ət maşınıdır (ətin, soğanın suyu çıxır, məlum bir şeydir. Niyə su keçir maşının içinə? Deməli, problemli texnikadır. Mənim boynumda saxlamaq istəyirlər.

Kontakt Home haqqında daha çox rəy oxu