Bələdçi.az
Bolt
Bolt

Bolt haqqında şikayətlər və rəylər

Taksi Taksi şirkəti
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Bolt haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolt barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (254)

5 ★
1%
4 ★
0%
3 ★
4%
2 ★
5%
1 ★
91%
  • A
    Anonim 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sürücü düzgün ünvana gəlmir. Və sərnişinlə çox kobud danışır. Hansı səbəbə gedişi ləğv etdirir? İşləmək istəmir, kim məcbur edir? Şürücülərin psixoloji vəziyyətini yoxlayın! Bu qədər olmaz!

  • G
    Günay 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, heç bir sürücü kartla qəbul etmir. Səbəb nədir? Əgər kart sistemi işləmirsə, onda ləğv edin. İnsanlar bu səbəbə görə nə qədər vaxt itirir!

  • E
    Elnur 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün sifariş edəndən sonra 2 sürücü ilə eyni mövzu oldu: "yaxın deyiləm" və ya "müştərim var, gələ bilmirəm". Halbuki sürücülər qeyd etdiyim ünvana çox yaxın idilər, təqribən 40 metr məsafədə. 1. Maşın nömrəsi 99 UA 196, Toyota Prius. 2. Maşın nömrəsi 20 CY 119, Chevrolet Malibu. Hər iki sürücünün reytinqinin aşağı salınmasını istərdim. Belə sürücülər şirkətin reytinqini aşağı salır və müştəri narazılığına səbəb olur. Bu şəxslərlə bağlı tədbir görülməlidir ki, daimi sizin taksi proqramınızdan istifadə edən sərnişinlər sizdən narazı qalmasın.

  • S
    Sevinc 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Ünvan barədə anlaşılmazlıq olduğundan sürücü üstümə qışqırdı. Ağladığımı görüb daha da betər qışqırmağa başladı. Heç cür özümü ona ifadə edə bilmirdim. Bu cür çobanları niyə Boltda sürücü kimi fəaliyyət göstərməyə icazə verirsiniz? Hələ də özümə gələ bilmirəm. Səhər-səhər bütün bədənim əsir bayaqdan. Ödəniş etdiyim üçün çox peşmanam.

  • N
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün səhər taksi sifariş etdik, 873 nömrəli taksi əvəzinə 872 nömrəli gəldi. Ünvana çatanda 1 manat əlavə pul istədi. 4.84 AZN yazılmışdı, biz də 5 manat verdik, sürücü əlavə 1 manat istədi. Bu qədər də olmaz. Nəzarət edin.

  • E
    Elmeddin 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sürücü çatmadığı halda mənə necə "gözləmə vaxtı bitdi" yazırsınız? Əlavə pul yazırsınız.

  • A
    Anonim 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Bu gün Bakıxanovdan Masazıra Bolt sifarişi etmişik. Maşında qadın və uşaq olub. Ravon 99 UG 081. Saat 16:01. Səviyyəsiz bir sürücü gəlib, maşında siqaret çəkib, söyüş söyüb. Elə bil meyxanadadır. Başa düşmürəm, bu səviyyəsizləri xüsusi imtahanla qeydiyyata alırsınız? Xahiş edirəm, bununla bağlı ölçü götürülsün.

  • F
    Feride 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Bu gün saat 17:00-da Bolt taksi sifariş verdim, hava limanına. Qiyməti 6.80 AZN göstərirdi, maşın gəldi, sifarişimi götürmədi. 3 maşın belə imtina etdi. Deyir ki, 20 manat ödəniş elə, aparım. Yəni 7 manatla 20 manat birdir? Yazışmada da yazıb, mən skrin edib başqa səhifələrdə paylaşacağam. Birinci növbədə insanlıq olmalıdır. 20 manata elə hava limanının taksisi ilə gedə bilərəm. Bolt sifariş edirəmsə, deməli, öz büdcəmə görə edirəm.

  • Y
    Yağmur 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    99-XA-767 nömrəli ağ rəngli Hyundai Tucson sürücüsünün adı Aydandır. Bu sürücünün maşınında əşyamız qaldı, sonra zəng etdik, amma nömrəsinə zəng çatmadı və əşyanı geri qaytarmadı.

  • T
    Tofiq 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Təəssüflər olsun ki, son zamanlar taksi sifariş edərkən qeyd olunan maşın nömrəsi əvəzinə başqa marka maşın, başqa nömrə ilə gəlir. Artıq ölçü götürmək zamanı gəlmədimi?

Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bolt Baku reyler, bolt haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan

Bolt barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq