Bələdçi.az
Azeronline
Azeronline

Azeronline haqqında şikayətlər və rəylər

İnternet provayder İnternet provayder
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı · Şirkət rəyləri cavablayır

Siz bu səhifədə Azeronline haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Azeronline barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (204)

5 ★
7%
4 ★
2%
3 ★
7%
2 ★
9%
1 ★
75%
  • V
    Vaqif 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    25 avqust 2024-cü il tarixində saat 00:20-dən internet kəsilib. Bu gün 3 dəfə 8220-yə zəng etmişəm, növbədə gözləmişəm, növbəm 8-ci olanda əlaqə kəsildi və 80-90 qəpik pul getdi. Süni şəkildə vətəndaşlarla belə davranışlarınıza görə müvafiq orqanlara şikayət məktubları göndərmişəm.

  • X
    Xızır 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Internet xəttinə qoşulmaq üçün onlayn müraciət etmişdim. Bu günə kimi müqaviləni almamışam. Xahiş edirəm, müqavilənin surətini elektron ünvanıma göndərəsiniz. Müqavilə bağlayarkən əməkdaşınız modemin pulsuz olacağını demişdi, ancaq ayda 2 manat modemə görə pul ödəyirəm. Təzə tariflə neçə manat ödəməliyəm?

  • A
    Anonim 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    İnternet qiyməti 25 manat olub, amma 100 mbps sürət kimə lazımdır? Yenə də millətin cibinə girirsiniz. Dünyanın heç yerində bu qiymətə internet yoxdur. İmkanım yoxdur, gəlsinlər modemi yığışdırsınlar, aparsınlar.

  • E
    Elçin 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Milləti əsəbləşdirib xəstəliyə salmısınız. Batsın sizin bu şəbəkə! Nə vaxt 8220-yə zəng edirsən, 20 dəqiqə orada gözlədirsiniz, sonra deyirlər texniki şöbəyə yönləndirdik. Texniki şöbənin harda olduğu və əlaqə nömrəsini isə heç operator da bilmir.

  • S
    Seymur 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sizin bu internetə pul ödəmişik, niyə işləmir?

  • Ş
    Şako 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Müştəri kodu: 001801621. 5 gündür internet yoxdur. 25 dəfə zəng etmişəm, 5 dəfə sosial hesablarınıza yazmışam. Eyni sözü, eyni cavabı verirsiniz: “Texniki şöbəyə yönləndirdik, qısa zamanda yaxınlaşacaqlar”. Artıq 5 gündür, bu “qısa zaman” nə deməkdir? Niyə və nə üçün müştərilərə ziyan vurursunuz? Ödəniş vaxtında 1 dəqiqə gecikəndə interneti dərhal kəsirsiniz, bəs bu nə deməkdir?

  • A
    Anonim 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Əvvəllər yaxşı idi, internetin sürəti də yüksək idi, amma indi zəifdir. Ödənişi də etmişik. Qaynar xəttə zəng edirəm, amma götürmürlər. Hamı birlikdə imtina edək, belə yalançı provayderdir Azeronline.

  • L
    Leyla 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Men onceden balansa pul yuklemeye qerar verdim 10 man bir odedim yazdi balans 10 man. Sonra 5 man odedim 4.17 odenis oldu, banka zeng etdim dediler bizden odenis tam olub, dedim yalnisliq olsa sikayet edecem, bu gun baxiramdi 14.17 den pul cekilib olub 13.33. Kim oturub o basdaki gunde balansdaki pulu cekir? Pul yerine oturmasa baxinda onsuzda qiymeti oz iradenizle qaldirib qoyubsuz dag basina ama cibimize girmeye esla haqqiniz yoxdur!!!

  • K
    Kazım 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam bizim müqavliya 15 manatdı. 25 manat olsa men razı deyilem gelim yığşdırıb apara bilersiz

  • H
    Hidayet 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Internetin keyfiyyetini yukseltmek evezine qiymetleri qaldırsız heç bir melumat vermeden. Heç men qiymeti de bilmirem indi neçeye olub, bu nedir bele?

Bələdçi.az saytının Azeronline şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Azeronline Baku reyler, azeronline haqqinda reyler, Azeronline shikayet, azeronline reyler, Azeronline kampaniyalar, Azeronline sikayet, unvan Bakıda

Azeronline barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq