Bələdçi.az

Bakı Nəqliyyat Agentliyi (BNA) haqqında rəy

1 il əvvəl

KB
Kəmalə B. yazır: Təsdiqlənmiş rəy Təsdiqlənmiş rəy

Salam hormetli bələdçi. Mən hər gün 139 N avtobus marşurutundan istifadə edirəm. 28 n məktəb və koroğlu reysi. Sürucülər siqaret çəkir, sol əli ilə gizlədir video görüntü ve ya sekil çəkmək olmur. Kameranın gözünü aşağı salıblar. (De aktiv) ediblər, soyuq havalarda istiliyi açmırlar, qış ayı girəndən bir dəfədə olsun avtobusları yuyucuya vermiyiblər. Kirdən dayanacağı görmək olmur,pəncərələr qap-qara. Avtobusu tormuz verende uluyur sanki, beynimiz gedir səsdən. Sabunçu yolunda dilənçilər sərnişinləri şəxsən məni narahat edir. Alverçilər avtobusun içində qışqırıb bağırır. video çəkmək olmur (sübut üçün) söyüş söyürlər. Sərnişin sürücü münasibətləri demek olarki yoxdur. Minən qadınların önünə, enən qadınların arxasına baxırlar. Cox həssas mövzudur. Bu yazdıqlarım fikirləri dəyərləndirməyi sizdən bir insan olaraq tələb və xahiş edirəm.

★
★
★
★
★
Qiymət: Aşağı

Paylaş: