Salam. Mənim şikayətim ondan ibarətdir ki, axşam saat 20:30dan sonra 4 nömrəli marşrutları tapmaq mümkün olmur. İşdən çıxıb tam tamına 40 dəqiqə gözləməyimə baxmayaraq, gələn marşurt sadəcə Gənclik metrosuna kimi gedəcəyini deyir. Mən niyə hər axşam 2 dəfə fərqli marşruta minib əlavə gediş haqqı ödəməliyəm? Və bu hər dəfə yaşanır. Xahiş edirəm 4 nömrəli marşrutlara nəzarət edəsiniz. Axşam saat 8dən sonra onlar işləmirlər. Bəs biz nə edək?
Bakı Nəqliyyat Agentliyi (BNA) haqqında daha çox rəy oxu