Salam BNA ailəsi. Nəqliyyat vasitələriniz haqqında danışmaq istərdim. Müəyyən zaman çərçivəsində gediş haqqları müəyyən sğbəblər göstərilərək artılır. Amma mənə elə gəlir ki hər hansı sahədə nəyinsə qiyməti qaldırılırsa xidmət səviyyəsi də yüksəlməldir. İllərdir ki dəyişilməyən yenisi ilə əvəz olunmayan təmir olunmayan kondisioneri düzgün havalanması təmizliyi oturacaqları narahat olan marşrutlardan istifadə edirik. Xaiş edirəm interval məsələsi nəzərdə saxlanılsın. Gecikmələr olur. Əksər hallarda sürücülər dayanacaqda enən sərnişin olmazsa sazlamır belə. Normadan artıq insan minir. Bu da nə sanitarıya qaydalarına uyğundu nə də başqa bir şey. İllərdir 184 113 55 191 saylı marşutlardan istifadə edirəm. Sadəcə gözə çarpan dəyişiklik qiymət artımıdır. Diqqətinizə görə çox sağolun