Bələdçi.az

Aztelekom haqqında rəy

2 il əvvəl

QE
Q. Elnur yazır:
★
★
★
★
★

Mən Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 67 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayıram. Yazıb Sizə bildirirəm ki, həmin ünvana 30.06.2022-ci il tarixdə Hacıqabul şəhərində yerləşən Aztelekoma ümumilikdə 43 manat nəğd pul ödəyərək *** telefon nömrəsini öz adıma rəsmiləşdirmişəm. Ödədiyim pulun qəbzi mənə təqdim edilmədi. Oradan mənə bildirildi ki, telefon xətti 5 gün müddətinə ünvana çəkiləcək. Lakin sonradan bildirildi ki, Aztelekomun balansında rabitə xəttini çəkmək üçün naqil yoxdur və həmin naqili mənim almağımı bildirdilər. Mən də imzaladığım müqaviləyə əsaslanaraq naqilin mənim tərəfimdən yox Aztelekom tərəfindən verilməli olduğunu onlara bildirdim. Lakin buna baxmayaraq 20 gündür ki, nə mənim ünvanıma telefon xətti çəkilib nədə Aztelekom tərəfindən bir məlumat verilib. Dəfələrlə Aztelekomun Hacıqabul filialının binasına yaxınlaşaraq Asif müəllimlə görüşmək istədiyimi bildirmişəm. Lakin qapıda duran mühafizəçilər Asif müəllimin işdə olmadığını bildiriblər. Sizdən artıq dərəcədə xahiş edirəm ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətirilsin və tez bir zamanda ünvanıma telefon xətti çəkilsin. Çünki məndən qeyd olunan nömrə üçün telefon xətti çəkilməmiş əvvəlcədən aylıq ödəniş haqqıda alınıb və həmin ay artıq bitmək üzrədir. Bir daha xahiş edirəm ki, müraciətimə ciddi yanaşılsın əks təqdirdə dahada yuxarı orqanlara müraciət etmək məcbiriyyətində qalacam. Öncədən öz minnətdarlığımı bildirirəm.

Aztelekom haqqında daha çox rəy oxu