
Azeronline haqqında şikayətlər və rəylər

Siz bu səhifədə Azeronline haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Azeronline barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (204)
-
Salam, artıq bir həftədir ki, azəronline-ın çekdiyi internet işləmir. Mən özüm də tələbəyəm. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavab verilmir. Mən Azeronline şirkətinə zəng də etdim, amma mənə servis gəlməyib, düz bir həftədir servis yoxdur, xahiş edirəm məsuliyyətlə yanaşın işə.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
İnternetimiz ümumiyyətlə zəifidir! Son 20.12.2024-dən o qədər zəifdir ki, heç telefon belə açılmır. Abunə kodu 001256816. Zəhmət olmasa, bir köməklik edərdiniz.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Ats-ə müraciət etməlisiniz bu haqqda.
-
-
Salam, Azəronline, sizə bir sual vermək istəyirəm, bizim kəndə internet çəkilir və artıq evlərdə internet paylanır. Sözümün əsası odur ki, interneti evə çəkən işçilərə, yəni modem pulu zad və ya zəhmət haqqı tələb etmələri doğrudur, yoxsa özbaşınalıq? Zəhmət olmasa cavablandırın.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Modem ödənişsizdir və qoşulma üçün əlavə ödəniş tələb edilmir. Belə bir hal ilə rastlaşmısınızsa qaynar xəttimizə müraciət edə bilərsiniz.Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
-
-
Salam, sizə Kürdəmir rayon Xınıslı kəndindən yazıram, 1 ilə yaxındır internet şəbəkəsi qurulmağa başlanıb. 3-4 aylıq fasilədən sonra evlərə internet qurğularının çəkilməsinə başlanıb. Lakin kəndin demək olar yarısının paylayıcı qutularında problem olduğu bildirilib və həmin qutuları quraşdıran qurumun əməkdaşları 1 həftə ərzində heç bir təmir işləri görməyib. Kənd camaatı çox böyük narazılıq edirlər. Problemin həll olunmasına diqqət yetirməyinizi xahiş edirik.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Siz qeydiyyatdan keçmisiniz qoşulma üçün?
-
-
Aylıq ödəniş 30 gün period ilə tələb olunur. Bu hal müqavilədə var? Varsa mənə müqaviləni göndərin. Şirvanda isə sizin nümayəndəniz yoxdur, qaynar xəttə isə növbədən düşmək olmur.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam.Çətinlik nə ilə bağlıdır?
-
-
Salam, Samux rayonu Bağbanlar kəndi, Səfər Əliyev küçəsi burada sizin korobka var, interneti bəs nə edək?
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Qeydiyyatdan keçmisiniz?
-
-
İnəkboğan kəndində kimi 18 AZN kimi isə 20 AZN ödəniş edir, məndə əvvəlcə 15 AZN ödəyirdim, indi isə 25 AZN-ə gücüm çatmır. Sizdən xahiş edirəm, əgər mümkünsə, mənə də endirim edəsiniz, evdə 2 məktəbli uşaq var.
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam. Veteran, qazi və şəhid ailələri üçün güzəştli tarif 18 azn-50 mbps tədbiq edilir. Bundan əlavə tariflərimiz bu şəkildədir: 25 AZN - 100 Mbit , 150 Mbit/s - 30 AZN, 250 Mbit/s - 36 AZN təşkil edir.
-
-
Müqaviləm ayın 15-də bağlanıb, ancaq ayın 12-sində bağlanır. Nəyə görə 3 gün tez internet kəsilir?
-
Azeronline cavablayır: 4 ay əvvəl
Salam, hörmətli müştəri. 1 aylıq ödəniş 30 gün üçün nəzərdə tutulmuşdur. Buna görə də təqvimə əsasən, növbəti ay 1 gün fərq yarana bilir.
-
-
Ваша услуга 10 манат даже не стоит очень жалею. Последние месяцы не буду пользоваться вашими услугами
Bələdçi.az saytının Azeronline şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Azeronline Baku reyler, azeronline haqqinda reyler, Azeronline shikayet, azeronline reyler, Azeronline kampaniyalar, Azeronline sikayet, unvan
Bakıda
Azeronline cavablayır: 4 ay əvvəl
Zəhmət olmasa qaynar xəttimizlə əlaqə saxlayın. Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20