
Araz Supermarket haqqında şikayətlər və rəylər

Siz bu səhifədə Araz Supermarket haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Araz Supermarket barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (74)
-
Bayıl 2 flialının müdürü Mirbaba adlı şəxsdən narazıyıq. İşçilərlə çox kobud rəftar edir. Bugün bir neçə işçi işdən çıxmaq və transfer getmək məcburiyyətində qaldı. Həm Mirbaba, həm də baş satıcı Dilarə bütün gün əllərində telefon kimləsə söhbət edirlər və işə yeni daxil olan personala işlə bağlı məlumat verib dəstək göstərmirlər. İt kimi rəftar edirlər, nəsə soruşanda "yeri get, uzaqlaş, mən niyə edirəm özün et və s." kimi sözlər işlədərək özlərini deputat kimi aparırlar. Artıq uzun müddətdir. Onların işdən çıxarılmasını tələb edirik, yoxsa ümumiyyətlə şirkəti məhkəməyə vermək məcburiyyətində qalacıq. Heyvan deyilik!
Ardını oxu... -
Араз маркет Бузовна ул. Расим Иманов. Обслуживающий персонал грубый, не грамотный, абсолютно не умеющий работать с покупателями. Не приятно заходить в маркет. Откуда берётся персонал? Если с улицы, то хотя б научите их правильно обращаться с покупателями.
-
Salam, mən araz marketdən 2 yanvar 2025-ci ildə saat 15:27-də alış-veriş etdiyim zaman mağaza saxtakarlığına yol verilmişdir. Garnier spery aktiv məhsulunun rəf qiyməti 3.98 yazıldığı halda kassada məhsulunun qiyməti 6.55 qiymətində vurulmuşdur, bu məhsulunun qiymətini düzəldin. Düzəltməsəniz, sizinlə bağlı aidiyyəti orqanlara müraciət edəcəm.
-
Artıq 2-ci dəfədir ki, Mir Cəlal küçəsində Elmed klinikasının yanında yerləşən Araz marketdən narazı qalıram. Vaxtı keçmiş məhsulu stenddə saxlayırlar, açılmış süd qutusunu da. Yoxlayan, nəzarət edən yoxdu. Çoxlu alıcı var, amma kassalar cəmi 2-3 dənəsi açıq olur. İşlər ləng gedir və intizamsızlıq hiss olunur. Müştəri ilə davranışlarında isə kobudluq hiss olunur. Heç kəs, heç kəsi məcburi ora bağlamayıb. Sevmədiyiniz yerdə işləmək məcburi deyil. Xahiş olunur, nəzarət qaydalarını gücləndirəsiniz.
-
Salam. Bu gün Nerimanov Heyder Əliyev prospekti ilə Elyar Əliyev küçəsinin kəsilməsi olan filialınızda bu gün 07.11.2024 saat 14:15-də balaca uşaq yanımda növbə gözləyirəm, önümdə 4 nəfər var, hər kəs kimi növbə gözləyirəm. Arxamda bir cavan oğlanı mənim etirazıma baxmayaraq kassiriniz Nilufer növbədən kənar keçirdi. 1-mən uşaqla növbə gözləyirəm, cavan oğlan niyə məndən önə keçməlidir? 2-ci ki, çeki verməyib. Uşaqla çek üçün bir də geri qayıtmışam. Bu nə özbaşınalıqdır. Niyə müştərilərlə kobud davranırlar. Ceki verməyib, bir də mənə cavab qaytarır, nə haqqla. Niyə insanların əsəblərlə oynayırsınız?
Ardını oxu... -
Araz market Naxçıvan filialında meyvə satılan hissəni ayrı bir şəxs işlədir. Ayrıca bir işlətmə kimidir. Ora nezarət edən və həmçinin satış edən şəxs (kişi) qiymətləri özü tənzimliyir. Digər marketlərdən baha satış edir. Həmin obyektdə evvəl başqa (Sizin market) mağaza idi və eyni şəxs orada bu şəkildə satış edirdi.
-
Salam, Sumqayıtda yerləşən Araz 11 marketindən şikayətçiyəm, orada kassada işləyən işçidən şikayətçiyəm. Müştəri ilə mədəniyyətsiz və kobud rəftar edir, kassirin adı yaxa önlüyündə yazılmışdır. Sizdən artıq dərəcədə xaiş edirəm bu işçinizə xəbərdarlıq edəsiniz.
-
Salam, Əhmədli, Telnov küçəsində olan Araz marketdən çox narazıyıq. Endirim qiymətlərini götürməmiş alver edirlər. Endirimli mal alıram, mənə başqa qiymətlə kassaya vururlar. Bu 1-2 mal deyil, bütun mağazada endirim qiymətləri götürmürlər, deyirlər endirim dünən çıxıb, deyirəm qiymətləri dəyişində, deyirlər işçi azlığından çatdırmamışıq, amma mağazada reklam danışır. Əgər kassa ilə yazılmış qiymətlər fərqlidirsə, yazılan qiymətlə alış edin.
-
Здравствуйте, хочу оставить жалобу, араз маркет по адресу Наримановский район, улица Ага Нейматулла 70а. Уборщицы моют пол во время того как покупатели отовариваются, при этом просят не ходить по магазину, ругаются, огрызаются, то есть чтобы отовариться нужно научиться летать. На местах по разным отделам не бывает продавцов, нужно по долго ждать чтобы кто то подошел. Примите пожалуйста меры, наймите нормальный персонал, который будет добросовестно выполнять свою работу!
-
99-JP-748 nömrəli Araz yük daşıma avtomobili CA 43 mərkəzi tarqovuda market önünə avtomobil yükü hissəsindən zibili atdı və müqavimət göstərdi. Bunula bağlı şikayətim var. Niyə belə təcrübəsiz və danışıq qabiliyyəti olmayan işçiləri işə götürürsünüz? Bu işçilər 11:00-da Araz mərkəzi tarqovuda idilər. Bu işçilərin işdən atılmasını tələb edirəm!
Bələdçi.az saytının Araz Supermarket şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Araz Supermarket Baku reyler, araz-supermarket haqqinda reyler, Araz Supermarket shikayet, araz-supermarket reyler, Araz Supermarket kampaniyalar, Araz Supermarket sikayet, unvan