Bələdçi.az

Bakıda hər hansısa restorandan və ya şirkətdən narazısınızmı?

Bakıda hər hansısa restorandan və ya şirkətdən narazısınızmı?

Azərbaycanda hər hansısa şirkət, xidmət və ya restorandan narazısınız? Bununla bağlı hara şikayət etmək olar?

“Müştəri hər zaman haqlıdır” şüarı ilk dəfə Londonda səslənib. Kapitalizmin sürətlə inkişaf etdiyi ölkələrdə şirkətlər müştəri cəlb etmək üçün öz aralarında yüksək rəqabət aparırdılar. Yeni yaranan şirkətlərin sayı çoxaldıqca rəqabət artırdı. Rəqabət artdıqca isə məhsulların keyfiyyəti və əlverişliyi də artırdı ki, təşkilatlar və xidmətlər müştərilərin sadiqliyini daim saxlasınlar.

Bununla yanaşı, “nüfuz institutu” anlayışı da formalaşmağa başlayırdı. Belə ki, hər hansısa bir şirkət müştəriyə yüksək təmtərahla və xüsusi nəzakətlə yanaşmırdırsa, ən qorxulusu isə müştəriləri aldadırdılarsa, öhdəliklərini yerinə yetirmirdilərsə, bu şirkətin gələcəyinə son qoyulmasına gətirib çıxarırdı. Və bu tam normal idi.

Çünki hər bir fərdi müştərinin şirkət barədə fikri, təəssüratları şirkətlər üçün vacib idi. Bir çox xarici ölkələrdə təbii ki, bu ənənə özünü qoruyub. Gülərüz personal, yüksək xidmət, müştərilərlə dürüstlük bir çox xarici şirkətlərin, böyük korporasiyalardan tutmuş kiçik kafelərin standard özəllikləridir.

İstənilən Avropa ölkəsində istənilən kafeyə daxil olan zaman bol pozitiv enerji ilə dolu olan ofisiantlar sizi qarşılayıb, xüsusi nəzakətlə sizə xidmət göstərəcəklər ki, sizin əhval ruhiyənizə daim xoş olsun. Bunun əsas səbəbi onların kafeni təmsil etmələri olsa da, sizin loyallığınızı əldə etmək cəhdi olsa da, onlar bunu tam olaraq səmimi qəlbdən yerinə yetirəcəklər.

Orada kafelər sizdən şortiklə içəriyə daxil olmamağınızı tələb etməyəcəklər.

İstənilən Avropa ölkəsində istənilən elektrik məhsulları mağazasına daxil olan zaman yenə də həmin gülərüz və bol enerjili işçilər sizə xoş təəssürat bağışlayaraq sizə seçim etməkdə köməklik edəcək, istənilən sualınıza cavab verəcəklər. Elektrik məhsulları mağazalarının işçiləri sizə onlara (mağaza işçilərinə) daha çox qonorar verən brendlərin məhsullarını satmağa çalışmayacaqlar, çünki mağazalar brendlərin bu cür şərtlərinə razı olmurlar.

Bilirsiniz mi niyə xarici ölkələrdəki şirkətlər bunların hamısına diqqət yetirirlər? Çünki onlar nüfuzlarını qoruyurlar. Əgər cəmi 1 müştəri narazı qalarsa, xaricdə bunun barədə bütün ictimaiyyət biləcək və şirkətə yüksək təzyiq göstəriləcək, təşkilat qınaq obyektinə çevriləcəkdir.

Şübhəsiz ki, bizim ölkədə nüfuzunu qoruyan bir çox şirkətlər var, hansılar ki, xarici təşkilatlardan bir addım belə geri qalmırlar. Lakin, bir ürəküzücü fakt var ki, elə xidmətlər, restoranlar və ya şirkətlər var ki, bu qaydalara əməl etmirlər, müştərilərlə laqeyd yanaşırlar. Çünki müştərilər susurlar, şirkətlərin iç üzü barədə, keyfiyyəti və müştərilərə yanaşmaları ictimaiyyət xəbərsiz qalır. Digərləri isə bu faktlardan xəbərsiz olaraq məyusluq yaşayırlar, hətta aldanırlar.

Şəxsən mən öz təcrübəmə əsaslanaraq bildirə bilərəm ki, əlaqə telefonunu götürməyən təşkilatlar, müştərilərə kobud yanaşan və ya absurd qayda-qanun icad edən restoranlar, diqqətsiz kafelər, öhdəliklərini yerinə yetirməyən, alınan məhsulu dəyişməkdənsə bir neçə dəfə təmirə götürüb, düzəldə bilməyən elektrik məhsulları mağazaları, 14 gün ərzində məhsulu dəyişmə-qaytarma qanununa əməl etməyən şirkətlər, yalançı endirim illuziyası yaradan geyim mağazaları bugünədək var.

Bəs bunun qarşısını necə almaq olar? Bu cür insidentləri ictimaiyyətlə yaymaqla. Nə qədər çox belə neqativ təcrübələri hamı ilə paylaşsaq, bir o qədər də yerli bazarımızda nüfuz institutu inkişaf edər. Şirkətlər isə yuxarıda qeyd olunan yollara əl atmazlar.

Məhz bunun üçün, situasiyaya laqeyd qalmayan gənclər, Bələdçi layihəsini yaratdılar. www.beledchi.az saytı sizlərə istənilən şirkət, xidmət, məhsul, restoran və s. barədə açıq, senzurasız rəy yazmaq imkanı verir. Elə indicə istənilən şirkət barədə neqativ və ya pozitiv təcrübənizi rəy yazıb paylaşaraq, 1-dən 5-ə qədər şirkətə öz qiymətinizi verə bilərsiniz. Və təbii ki, sizin rəyinizi və qiymətinizi hamı görə biləcək. Nəticədə isə, ictimaiyyət digər vətəndaşların təcrübələri ilə öncədən tanış ola biləcək.

Paylaş:

Hər hansısa şirkət barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq (qeydiyyatsız)